Tərkibi:500 q un
1 yumurta
1 x.q. quru maya
250 ml qatıq
10 x.q. şəkər tozu
1 x.q. kərə yağı
5 x.q. bitki yağı
1 çimdik duz
1 st. xaş-xaş
Hazırlanması:Unu ələyin, maya, 4 x.q. şəkər tozu, duz əlavə edib qarışdırın.
Quru qarışığa yumurta, qatıq, bitki yağı, kərə yağı əlavə edib elastik xəmir yoğurun.
Xəmiri ləyənə qoyun, üzərinə dəsmal çəkib isti yerdə yarım saat saxlayın.
Bu müddət keçəndən sonra xəmiri ətləyib daha yarım saat gəlməsini gözləyin.
Xəmir gələnədək içi hazırlayın. Xaş-xaşı az miqdarda suda su buxarlanınca qaynadın, sonra əzib 6 x.q. şəkər tozu əlavə edib yaxşıca qarışdırın. İç hazırdır.
Xəmiri iki bərabər yerə bölün. Bunlardan 2 rulet hazırlanacaq.
Kündəni nazik yayın, üzərinə için yarısını bərabər qaydada çəkin.
Rulet kimi bükün, kənarlarının artığını kəsib bitişdirin.
Ruleti perqament kağızına qoyun. Üzərində qayçı ilə kəsiklər edin, bıçaqla da kəsə bilərsiniz (bununla "ləçəklər" əmələ gələcək). 1 sm-dən bir kəsin, amma dibəcən kəsməyin ki, "ləçəklər" bir tərəfdən bitişik qalsınlar.
Piroqu hazırlamaq üçün bir ləçəyi içəri doğru qatlayın, iki növbəti ləçəyi isə böyrü üstə əyin.
Əvvəlcədən kəsdiyiniz kənarları bir-birilə birləşdirib piroqun ortasına qoyun. Üzərinə dəsmal çəkib 15-20 dəqiqə gəlməsi üçün saxlayın.
Üzərinə yumurta sarısı çəkib 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra piroqun üstünə dəsmal çəkin, dəsmalın altında soyumasını gözləyin.
Nuş olsun!
Etiketlər: çəkib, dəsmal, qoyun, sonra, əlavə, şəkər, yumurta, yarım, saxlayın, ləçəklər, çəkin, dəqiqə, bərabər, piroqun, üzərinə, Üzərinə, ləçəyi, gözləyin, bitki, qarışdırın