• Taxılsız maffin resepti

Reseptin məlumatları Baxış sayı: 5379

Tarix : 21.10.2020, 12:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
- 4 ədəd yumurta
- 1/4 stəkan kokos yağı (soyuq sıxma)
- 1/4 stəkan bal
- 1/4 stəkan tam yağlı süd
- 1/2 stəkan kokos unu (arzuya görə, badam unu da olar)
- 1/2 su stəkanı çiy fındıq
- 1 ədəd banan
- 1 çay qaşığı vanil
- 1/4 çay qaşığı darçın

Hazırlanması:
- Sobanı 180 dərəcədə isidin.
- Bal və kokos yağını qazda əridin. Soyumağa qoyun.
- Yumurtaları hazırlanma qabına qırın. Çəngəllə əzdiyiniz bananı üzərinə əlavə edin. Ballı yağ qarışı, süd və vanili qarışdırın.
- Kokos ununu töküb yaxşıca qarışdırın. Fındıqları xırdalayıb içərisinə əlavə edin. Əldə etdiyiniz xəmiri yağlı kağız yerləşdirdiyiniz maffin qablarına bölün.
- 20-25 dəqiqə bişirin. İlıq şəkildə servis edin.

Nuş olsun!
Etiketlər: stəkan, kokos, yağlı, qaşığı, əlavə, qarışdırın, töküb, xırdalayıb, Fındıqları, yaxşıca, vanili, Ballı, qarışı, içərisinə, Kokos, ununu, kağız, dəqiqə, bişirin, şəkildə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN