• Günəbaxan piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 2745

Tarix : 24.12.2020, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
500 qr – hazır xəmir (Mağazalarda “Готовое слоёное тесто” soruşub tapa bilərsiniz)
2 ədəd yumurtanın sarısı
250 qr – günəbaxan halvası
100 qr – qoz
100 qr – ərik qurusu
qatı ərik cemi (istəyə görə)
100 – qram şokolad
50 qr – kərə yağı
100 qr – un

Hazırlanması:
Birinci içliyi hazırlayaq. Qozları xırda-xırda doğrayırıq. Eyni qayda ilə kərə yağını və günəbaxan halvasını doğrayırıq. Hamısını yaxşı qarışdırırıq. Xəmirdən eyni olçüdə 2 parça ayırıb, yumru formada açırıq. İçliyin hamısını açdığımız xəmirin ortasına qoyuruq. Daha sonra digər xəmirlə onun üstünü bağlayırıq. Bişərkən içliyin kənara tökülməsini istəmirsinizsə, xəmirin bağlanan yerinə biraz su vurub barmaqlarınızla sıxın.

Qalan xəmirimizlə yarpaqlar kəsirik. Biraz suya vuraraq yapışdırırıq. (Şəkildəki kimi)

Yumurtanın sarısını qarışdırıb Günəbaxan piroqumuzun üstünə çəkirik.
200 dərəcədə qızdırılmış sobamızda 20-25 dəqiqə bişiririk.
Piroqumuz bişdikdən sonra onun soyumasını gözləyin. Soyuduqdan sonra onun hər tərəfinə ərik cemini çəkin. Ərik qurularını xırda-xırda doğrayıb piroqun ortasına düzün. Əgər ceminiz çox qatıdırsa, onu biraz isti suda qızdırıb, çəkə bilərsiniz.
Şokoladı da isti suyun üstündə əridirik. Falqa kağızına kağızının üzərinə bir neçə damcı şokolad tökürük və bərkiməsi üçün soyuducuya qoyuruq. Bərkidikdən sonra hazır olan şokolad dənələrini Günəbaxan piroqumuzun üstünə tökürük.

Nuş olsun!
Etiketlər: sonra, xırda, şokolad, ortasına, xəmirin, doğrayırıq, qoyuruq, hazır, tökürük, üstünə, piroqumuzun, Günəbaxan, biraz, günəbaxan, bilərsiniz, Piroqumuz, bişiririk, dəqiqə, sobamızda, soyumasını
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
şirinə
Çox gözəl görünüşü var.Bəyəndim resepti.

Təşəkkürlər
6 yanvar 2021 13:21
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN