• Limonlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 5379

Tarix : 29.12.2020, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 stəkan un
4 ədəd yumurta (Yumurta böyük olarsa, 2 ədəd)
1/2 stəkan duru yağ
1 stəkan şəkər tozu
1 stəkan ilıq süd
Vanil
Qabartma tozu
1 çimdik duz

Hazırlanması:
Əvvəlcə bizə lazım olan ərzaqlarımızı hazırlayırıq. Daha sonra yumurtaları dərin bir qaba qırıb mikserlə çalırıq. Yavaş-yavaş şəkər tozunu əlavə edirik. Tam ağarana qədər çalmağa davam edirik.

Daha sonra alınan qarışıma südü və duru yağı əlavə edib biraz qarışdırırıq.
Limon ətri gəlməsi üçün limonun qabığını rəndədən keçirib qarışıma əlavə edirik.
Qabartma tozunu və vanili una əlavə edib, ələkdən keçiririk. Ələnmiş unu qarışıma yavaş-yavaş tökərək qarışdırırıq. Un tam qarışana qədər qarışdırmağa davam edirik.

Keks qablarımızı hazırlayırıq. Qabların içərisinə kekslər yapışmasın və qabdan rahat çıxsın deyə keks üçün olan hazır kağız qabları düzürük. Daha sonra qabların içini doldururuq. Əvvəlcədən qızdırılmış sobamızda 180 dərəcədə 10-15 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: stəkan, edirik, əlavə, sonra, yavaş, qarışıma, qarışdırırıq, hazırlayırıq, Qabartma, tozunu, şəkər, qədər, davam, qabdan, yapışmasın, içərisinə, tökərək, Ələnmiş, qarışana, qarışdırmağa
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN