• Zərif gilas piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 16 766

Tarix : 10-10-2014, 21:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

100 q 9%-li kəsmik
1 yumurta
2 x.q. şəkər tozu
3 x.q. süd
75 q kərə yağı və ya marqarin
2 ç.q. qabartma tozu
1,5-2 st. un

İçi üçün:
1,5 st. çəyirdəksiz gilas

Sous üçün:
3 yumurta
100 ml 10%-li qaymaq
200 q kəsmik
3 x.q. şəkər tozu
1 x.q. mannı

Hazırlanması:
Kəsmiyi yumurta və şəkər tozu ilə çalın. Süd, əridilmiş yağ, qabartma tozu ilə qarışdırılmış un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun.

Xəmiri yağlanmış siniyə qoyun, kənarlarını qaldırın (qabın formasını təkrarlasın).

Sousun ərzaqlarını mikserlə çalın. Gilasları xəmirin üstünə düzün. Sousu üstünə əlavə edin.

Əvvəlcədən qızdırılmış sobada 30-40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır piroqun üstünə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, üstünə, yumurta, əlavə, qabartma, çalın, kəsmik, xəmirin, olsun, düzün, Sousu, Gilasları, mikserlə, təkrarlasın, Sousun, ərzaqlarını, Əvvəlcədən, bilərsiniz, bişirin, Hazır
BİZİ İZLƏYİN