• Yay piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 18 808

Tarix : 11-10-2014, 13:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q kərə yağı, yaxud marqarin
3 yumurta
100 q şəkər tozu
250 q un
1 ç.q. qabartma tozu
1 çimdik duz

İç üçün:
2 alma
1 şaftalı
25 q kərə yağı

Üzəri üçün:
2 x.q. xırda suxarı
2 x.q. şəkər tozu

Hazırlanması:
Yumşaldılmış marqarini şəkər tozu ilə çalın. Bir-bir yumurtaları əlavə edib, hər birindən sonra yaxşıca qarışdırın. Ələnmiş unu, qabartma tozu və duzu qarışdırın, yumurta qarışığına əlavə edin. Eynicinsli xəmir alınanadək qarışdırın.

Hazır xəmir qaşıqdan ləng töküləcək qatılıqda olmalıdır.

Sinini yağlayın, içinə un səpin, artığını qabı üzüaşağı çsevirməklə götürün. Xəmiri içinə yayın, hamarlayın. Meyvələri dilimləyin. Suxarı ilə şəkər tozunu qarışdırın. Meyvə dilimlərini yanaşı düzün, azca xəmirə basdırın.

Yağı xırda doğrayıb piroqun üstünə adda-budda düzün. Suxarı və şəkər tozu qarışığını üstünə səpin.

160 dərəcə qızdırılmış sobada 40 dəqiqə, üstü qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, əlavə, Suxarı, xəmir, düzün, üstünə, xırda, içinə, qabartma, səpin, yumurta, tozunu, Meyvə, çsevirməklə, götürün, dilimlərini, yayın, hamarlayın, Meyvələri
BİZİ İZLƏYİN