• Bananlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 25 158

Tarix : 16-10-2014, 21:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
180 q yağ
180 q şəkər tozu
2 böyük yumurta
250 q un
1 x.q. qabartma tozu
250 q banan püresi (çəngəllə yetişmiş bananları əzin, yetər)
50 ml qaymaq
2 banan

Hazırlanması:
Yağı şəkər tozu ilə həcmi artana qədər çalın. Çalmağı dayandırmadan yumurtaları bir-bir içinə qırın. Qaymaq, banan püresi əlavə edib qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb çalınmış kütləyə əlavə edin, qarışdırın.

22-23 sm diametrli sinini yağlayın. Xəmiri içinə qoyun. İki bananı təmizləyib nazik dilimlərə doğrayın. Xəmirin üstündən düzün. 175 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: banan, püresi, qarışdırın, içinə, əlavə, şəkər, qabartma, bananı, təmizləyib, nazik, qoyun, yağlayın, diametrli, sinini, dilimlərə, Xəmiri, doğrayın, sobada, dəqiqə, bişirin
BİZİ İZLƏYİN