• Kirpi pirojnası resepti - Video + FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 66 043

Tarix : 18-10-2014, 22:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər / Video reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kərə yağı
2 st. şəkər tozu
5-6 yumurta
1 paket vanilli şəkər
3 x.q. xama
2 st. un
1 banka 38%-li qaymaq
0,5 banka qatılaşdırılmış süd

Hazırlanması:
Mikserdə 250 q kərə yağını 2 st. şəkər tozu ilə çalın. Ayrı qabda 5-6 yumurtanı 3 x.q. xama ilə qarışdırın. Bunu yağla şəkərin qarışığına əlavə edib yenə çalın. Vanil, yaxud vanilli şəkər əlavə edib mikseri söndürün. 2 st. un əlavə edib qaşıqla qarışdırın.
Kirpi pirojnası resepti - Video + FOTO RESEPT

Kirpi pirojnası resepti - Video + FOTO RESEPT


Sinini yağlayın, xəmiri içinə töküb hamarlayın. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.

Hazır olandan sonra sobadan çıxarın, korj istiykən 6-8 sm diametrli dairələr kəsin. Qalıqları isə xırdalayın.
Kirpi pirojnası resepti - Video + FOTO RESEPT


Krem hazırlamaq üçün mikserdə 250 q qaymağı yarım banka qatılaşdırılmış süd ilə çalın.
Kirpi pirojnası resepti - Video + FOTO RESEPT


Bir dairənin üstünə və qıraqlarına krem çəkin, başqa dairəni üstünə qoyun, onun da üstünə və kənarlarına krem çəkib biskvit ovxantısı səpin.
Kirpi pirojnası resepti - Video + FOTO RESEPT


(Qara «kirpi» istəyirsinizsə, xəmirə 2 x.q. kakao əlavə edə bilərsiniz).



Nuş olsun!
Etiketlər: şəkər, əlavə, üstünə, banka, çalın, vanilli, qatılaşdırılmış, qarışdırın, hazırlamaq, mikserdə, yarım, sobadan, dairənin, xırdalayın, qaymağı, Qalıqları, istiykən, çıxarın, diametrli, dairələr
BİZİ İZLƏYİN