• Pankeyk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 409

Tarix : 22-10-2014, 11:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 yumurta
200 ml süd
1 x.q. kərə yağı
10 q qabartma tozu
30 q şəkər tozu
1 çimdik duz
20 q qatıq
200 q un

Ballı sous üçün:
1 banan
2 x.q. duru bal
qoz
2 x.q. kərə yağı

Hazırlanması:
Yumurtanı yumşaldılmış yağ və şəkər tozu ilə çalın. Qatıq, duz, qabartma tozu əlavə edin. Qarışdırın, un əlavə edib yenə qarışdırın. Qatı xəmir alınacaq. Qarışdıra-qarışdıra isti süd əlavə edin. Xama qatılığında xəmir alınmalıdır (blinçik xəmirindən azca qatı).
Pankeyk resepti - FOTO RESEPT


Tavada bitki yağını qızdırın. Qaşıqla xəmirdən götürüb tavaya yayın, blinçiki o üz-bu üz qızardın.
Pankeyk resepti - FOTO RESEPT

Pankeyk resepti - FOTO RESEPT


Qozu xırda doğrayıb kərə yağında qovurun. Bal əlavə edib daha 1-2 dəqiqə bişirin.
2-3 blini üst-üstə qoyun, üzərinə dilimlənmiş banan düzün, bunun da üstünə qozlu-ballı sousu gəzdirin.
Pankeyk resepti - FOTO RESEPT


Süfrəyə isti-isti verin.
Pankeyk resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, xəmir, şəkər, banan, qabartma, qovurun, dəqiqə, bişirin, qoyun, blini, yağında, doğrayıb, yayın, blinçiki, qızardın, tavaya, xırda, dilimlənmiş, sousu, ballı
BİZİ İZLƏYİN