• Buşe pirojnası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 202

Tarix : 27-10-2014, 19:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

7 yumurta
1 st. un
6 x.q. şəkər tozu
vanil

Krem üçün:
150 q kərə yağı
8 x.q. qatılaşdırılmış süd

Qlazur üçün:
1 x.q. kərə yağı
2 x.q. kakao
12 x.q. şəkər tozu

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını nazik axınla 3 x.q. şəkər tozu tökməklə həcmi xeyli artanadək çalın.
Buşe pirojnası resepti - FOTO RESEPT


Başqa iri qabda yumurta sarılarını şəkər tozu ilə həcmi 2-3 dəfə artanadək çalın.

Çalınmış yumurta sarılarına çalınmuş ağların 1/3 hissəsini əlavə edin, un əlavə edib yüngülcə qarışdırın. Yumurta ağlarının qalanını əlavə edin, taxta qaşıqla aşağıdan yuxarıya doğru hərəkət etdirməklə eynicinsli xəmir alınanadək qarışdırın.

Hazır xəmiri konditer torbasına yığıb perqament döşənmiş kağıza aralı-aralı, diametri 6 sm olan yumru kökələr salın.
Buşe pirojnası resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Soyudun.

Krem: yumşaldılmış kərə yağını çalın, nazik axınla qatılaşdırılmış südü əlavə edərək hamar kütlə alınanadək çalın.

Kökələri aralarına krem çəkərək cüt-cüt yapışdırın.
Buşe pirojnası resepti - FOTO RESEPT


Qlazur: qazançada şəkər tozuna 10 x.q. su əlavə edərək qarışdırın, vam odda 10 dəqiqə bişirin, azca soyutduqdan sonra kakao əlavə edin, yaxşıca qarışdırın, sonra yumşaldılmış kərə yağı əlavə edib qarışdırın. Pirojnaların bir tərəfini qlazura batırıb qaba düzün, qurumasını gözləyin.
Buşe pirojnası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qarışdırın, çalın, yumurta, sonra, axınla, artanadək, həcmi, bişirin, edərək, yumşaldılmış, dəqiqə, nazik, qatılaşdırılmış, aralı, Qlazur, kakao, alınanadək, Yumurta
BİZİ İZLƏYİN