• Eston piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 758

Tarix : 27-10-2014, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
70+6 q şəkər tozu
120 ml süd
8 q quru maya
80 q kərə yağı
300 q un
1/4 ç.q. duz
1 yumurtanın sarısı
3 ml bitki yağı
2 ç.q. darçın

Hazırlanması:
İsti südlə maya və 6 q şəkər tozunu qarışdırın, isti yerdə 10-15 dəqiqə saxlayın (süd əvəzinə isti su da götürə bilərsiniz).
Eston piroqu resepti - FOTO RESEPT


30 q kərə yağını əridin, yumurta sarısı əlavə edib qarışdırın, un, duz və mayalı südü əlavə edin, xəmir yoğurun.
Eston piroqu resepti - FOTO RESEPT


Xəmiri bitki yağı ilə yağlanmış qaba qoyub isti yerdə 1,5 saat saxlayın.

İç: 50 q kərə yağını əridin, şəkər tozu (70 q) və darçınla qarışdırın.

Xəmiri 1 sm qalınlıqda yayın. İçin 2/3 hissəsini üzərinə çəkin.
Eston piroqu resepti - FOTO RESEPT


Xəmiri rulet kimi bükün. "Tikişi" aşağı olmaqla qoyun, əlinizlə azca üstündən basıb yastılayın.
Eston piroqu resepti - FOTO RESEPT


Sonuna 1-2 sm qalanadək ruleti uzunasına iki yerə bölün.
Eston piroqu resepti - FOTO RESEPT


Ruletin iki yarısını bir-birinə sarın (burma).
Eston piroqu resepti - FOTO RESEPT


Sonra isə bu buruğun uclarını birləşdirin (halqa kimi).
Eston piroqu resepti - FOTO RESEPT


İçin qalanını üzərinə çəkin.
Eston piroqu resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, qarışdırın, üzərinə, Xəmiri, saxlayın, çəkin, bilərsiniz, yağını, əridin, dəqiqə, əlavə, sarısı, bitki, yerdə, olsun, birinə, yarısını, sarın, Ruletin, Sonuna
BİZİ İZLƏYİN