• Nutellalı hörük resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 263

Tarix : 2-11-2014, 10:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 ç.q. quru maya
1 st. isti su
2,5 st. un
1 ç.q. duz
1/3 st. nutella
qarğıdalı unu
1 yumurta + 1 x.q. su

Hazırlanması:
Mayanı 1/4 st. isti suda əridin, 10 dəqiqə saxlayın.

Unu duzla qarışdırın, mayanı və suyun qalanını əlavə edin, xəmir yoğurun. Bir qədər yapışqan alınmalıdır. Yağlanmış ləyənə qoyub üzərinə nəm dəsmal çəkin, isti yerdə 1 saat saxlayın.

Masanın üzərinə qarğıdalı unu səpin, xəmiri dördbucaqlı formada yayın. Kənarlarında bir qədər yer saxlayaraq nutellanı üzərinə yayın. Sıx rulet bükün. İçinə perqament döşənmiş siniyə qoyun. Üzərinə qarğıdalı unu səpin. Ruleti uzunasına iki yerə bölün, şəkildə gördüyünüz qaydada burun. Üzərinə dəsmal çəkib 20 dəqiqə saxlayın. Yumurtanı 1 x.q. su ilə çalıb üzərinə çəkin.
Nutellalı hörük resepti - FOTO RESEPT


Sobanı 190 dərəcə qızdırın. 20 dəqiqə bişirin. Sonra dərəcəni 220-dək artırın, təxminən 5-7 dəqiqə bişirin. Üzəri qızılı-qəhvəyi rəng almalıdır. Süfrəyə verməzdən əvvəl soyudun.
Nutellalı hörük resepti - FOTO RESEPT

Nutellalı hörük resepti - FOTO RESEPT

Nutellalı hörük resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, dəqiqə, qarğıdalı, saxlayın, qədər, yayın, səpin, bişirin, dəsmal, çəkin, Üzərinə, Yumurtanı, çəkib, burun, şəkildə, qoyun, siniyə, Ruleti, uzunasına, gördüyünüz
BİZİ İZLƏYİN