• Halvalı biskvit ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 18 143

Tarix : 5-11-2014, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

60 q şəkər tozu
60 q un
2 ç.q. qabartma tozu
1 çimdik duz
2 yumurta

İç üçün:
120 q tum halvası
40 q kərə yağı

Hazırlanması:
Unu qabartma tozu və duzlu birlikdə ələyin. Şəkər tozu əlavə edib qarışdırın.

Yumurtaları əlavə edib çalın.

Siniyə perqament döşəyin, yağlayın. Xəmiri içinə töküb yayın (5-7 mm qalınlıqda olmalıdır).

180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. İsti-isti rulet kimi büküb soyudun (amma balansı gözləmək lazımdır: çox soyudanda sonra açıb iç çəkmək çətin olur, qırılır, çox da isti açanda iç əriyir).

Halvanı bıçaqla xırdalayın, yaxud sürtgəcin iri gözündən keçirin, yağ əlavə edib çalın.

Biskviti açın, iç çəkin, sonra yenidən rulet kimi bükün və dərhal soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, rulet, sonra, çalın, qabartma, çəkmək, çətin, qırılır, əriyir, olsun, soyudanda, soyudun, büküb, balansı, gözləmək, lazımdır, Halvanı, bıçaqla, çəkin
BİZİ İZLƏYİN