• Ürək pirojnası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 441

Tarix : 6-11-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:

3 yumurta
200 q şəkər tozu
200 q un

Beze üçün:
1 yumurtanın ağı
50 q şəkər tozu

Arasına:
çiyələk, moruq, yaxud albalı cemi
Ürək pirojnası resepti - FOTO RESEPT


Hazırlanması:
Biskvit üçün yumurtaları şəkər tozu ilə çalın. Un əlavə edib yaxşıca qarışdırın. Sinini yağlayın, yaxud perqament döşəyin. Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Kağızdan ürək formasında trafaret kəsin. Trafaretin köməyilə perqamentin üzərində ürək şəkilləri çəkin.

Beze hazırlamaq üçün yumurtanın ağını bir çimdik düzla köpüklənənə qədər çalın. Şəkər tozu əlavə edib bərk, qatı köpük alınana qədər çalın. Bunu qənnadı şprisinə doldurun. Şpris yoxdursa, polietilen paketə qoyub bir küncünü çəpəki kəsin. Üstünə ürək şəkilləri çəkilmiş perqament kağızının üzərində həmin ürəklərin konturlarını beze ilə təkrarlayın.
100 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin.
Soyumuş biskviti trafaretin köməyilə ürək formasında pirojnalara doğrayın (istəsəniz, alınan ürəkləri də iki yerə bölüb aralarına sirop, krem, yaxud mürəbbə çəkə bilərsiniz).
Üzərinə cem çəkin. Bişmiş, ürək formasında olan bezeləri üstünə qoyun.
Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT

Ürək pirojnası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, formasında, yaxud, şəkər, dərəcə, bişirin, dəqiqə, qızdırılmış, kəsin, çəkin, qədər, şəkilləri, üzərində, köməyilə, perqament, sobada, Biskvit, yumurtanın, əlavə, həmin
BİZİ İZLƏYİN