• Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 037

Tarix : 8-11-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q marqarin
150 q şəkər tozu
1 yumurta
350 q un
1 paket qabartma tozu
2 x.q. kakao

Sous üçün:
1 st. qatıq
150 q şəkər tozu
4 yumurta
500 q kəsmik
1 paket vanil
1,5 x.q. kartof nişastası

Hazırlanması:
Kəsmiyi sürtgəcdən keçirin ki, lopalar qalmasın. Sonra sous üçün göstərilmiş digər ərzaqları əlavə edib yaxşıca qarışdırın.
Xəmir üçün yumşaldılmış marqarinə şəkər tozu əlavə edib ağarınca çalın. Sonra xəmir üçün olan digər ərzaqları əlavə edib yumşaq xəmir yoğurun. Tennis topu boyda xəmiri ayırıb soyuducuya qoyun.
Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT


Təxminən 28 sm diametri olan sininin içinə xəmiri yayın. Üzərinə sousu tökün. Soyuducudakı xəmiri çıxarıb yayın, ondan hissələr qoparıb sinidəki sousun üstünə adda-budda düzün (sanki inəyin üstündəki xallar kimi). Piroqu əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 60-70 dəqiqə bişirin.
Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT

Kəsmikli korovka piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, xəmiri, şəkər, ərzaqları, yayın, xəmir, digər, Sonra, Xəmir, yumurta, paket, çıxarıb, Soyuducudakı, qızdırılmış, ondan, qoparıb, hissələr, tökün, sousu, içinə
BİZİ İZLƏYİN