• Kapkeyk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 574

Tarix : 11-11-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (12 ədəd üçün):
Xəmir üçün:

150 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
100 ml süd
5 x.q. kakao
2 yumurta
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda
200-250 q un

Krem üçün:
5 x.q. qatı xama
4 x.q. kakao
4 x.q. şəkər tozu
1 x.q. kərə yağı

İstəyə görə:
qənnadı bəzəyi
qoz
Kapkeyk resepti - FOTO RESEPT


Hazırlanması:
Qazançada yağı, kakaonu, şəkər tozu və südü qarışdırın. Ocağa qoyub qaynara düşənə qədər qarışdırın, sonra ocaqdan götürün. Soyudun. Sonra yumurtaları əlavə edib qarışdırın. Qabartma tozu və un əlavə edib yumşaq xəmir yoğurun.
Formaları azca yağlayın, 2/3-si qədər xəmirlə doldurun.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Krem üçün qazançada xama, kakao, şəkər tozu və yağı qarışdırın. Ocağa qoyun, qarışdırmağa davam edin, qaynara düşəndə, ilk köpüklər peyda olmağa başlayanda ocaqdan götürün. Soyudun.
Soyumuş kekslərin üzərinə soyumuş krem çəkin. Üzərinə qənnadı bəzəyi və ya qoz-fındıq səpin.
Kapkeyk resepti - FOTO RESEPT

Kapkeyk resepti - FOTO RESEPT

Kapkeyk resepti - FOTO RESEPT

Kapkeyk resepti - FOTO RESEPT

Kapkeyk resepti - FOTO RESEPT

Kapkeyk resepti - FOTO RESEPT

Kapkeyk resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, kakao, Ocağa, əlavə, qədər, ocaqdan, bəzəyi, götürün, Soyudun, qaynara, qənnadı, davam, qarışdırmağa, olsun, düşəndə, qoyun, bişirin, qızdırılmış, sobada
BİZİ İZLƏYİN