• Balqabaq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 659

Tarix : 16-11-2014, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 bağlama hazır yağlı xəmir
250-300 q balqabaq
2 x.q. un
100 q sarı kişmiş
2-3 x.q. şəkər tozu
1 ç.q. mixək (üyüdülmüş)
2 ç.q. darçın
2 x.q kərə yağı (marqarin)

Hazırlanması:
Çiy balqabağın qabığını soyub tumlarını təmizləyin. Sürtgəcin iri gözündən keçirin. Sonra şəkər tozu, kişmiş, mixək, darçın və un əlavə edib qarışdırın. Xəmiri iki hissəyə bölün.

Bu arada sobanı yandırıb 250 dərəcəyədək qızdırın. Sinini kərə yağıyla yağlayın. Xəmirin bir hissəsini siniyə qoyun. Üstünə marqarin yonqarı səpin (bıçaqla marqarindən az-az kəsib qoyun). Sonra balqabaq içini xəmirin üstünə bərabər yayın. Xəmirin qalanını isə üstündən qoyun.

20-30 dəqiqə, piroqun üstü qızaranadək bişirin. Süfrəyə verməzdən əvvəl üstünə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: qoyun, şəkər, üstünə, darçın, marqarin, səpin, Sonra, mixək, balqabaq, Xəmirin, kişmiş, kəsib, xəmirin, içini, marqarindən, Üstünə, hissəsini, siniyə, yonqarı, bıçaqla
BİZİ İZLƏYİN