• Alma piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 27 555

Tarix : 17-11-2014, 17:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

2,5 st. un
1 ç.q. şəkər tozu
150 q kərə yağı
1-2 x.q. bitki yağı
5 x.q. çox soyuq su
duz

İç üçün:
1,5 kq alma
2/3 st. şəkər tozu
2 x.q. un
1 x.q. limon şirəsi
2 ç.q. limon sedrası (sürtgəcdən keçirilmiş qabığı)
1/2 ç.q. üyüdülmüş muskat cevizi

Hazırlanması:
Unu duzla, soyudulmuş və xırda doğranmış kərə yağı ilə qarışdırın. Şəkər tozu, bitki yağı, su əlavə edib xəmir yoğurun. Kündə tutub iki yerə bölün.
Hər ikisini yayıb sellofana bükərək 2 saatlığa soyuducuya qoyun.

İç üçün almaları dilimləyin, üzərinə limon şirəsi gəzdirin, şəkər tozu, un, muskat cevizi və limon sedrası ilə qarışdırın.

Yaydığınız yuxalardan birini yumru sininin içinə qoyun. Üzərinə iç qoyub ikinci yuxa ilə üzərini örtün. Bunu uzun nazik şəridlər kimi doğrayaraq piroqun üzərini bəzəyə də bilərsiniz.
Sonra üzərinə azacıq süd çəkib şəkər tozu çəkin, 200 dərəcə qızdırılmış sobaya qoyun. 10 dəqiqə sonra istiliyi 150-160 dərəcəyədək azaldın və piroqu təxminən bir saat bişirin.

Nuş olsun!
Etiketlər: limon, şəkər, qoyun, cevizi, üzərinə, üzərini, muskat, qarışdırın, bitki, şirəsi, sedrası, örtün, bəzəyə, nazik, şəridlər, bişirin, piroqun, doğrayaraq, ikinci, içinə
BİZİ İZLƏYİN