• Kişmişli-xaş-xaşlı rulet resept

Reseptin məlumatları Baxış sayı: 15 397

Tarix : 18-11-2014, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

250 q un
125 q kəsmik
50 q şəkər tozu
1 çimdik duz
75 ml bitki yağı
75 ml süd
2 ç.q. qabartma tozu

İç üçün:
70-100 q xaş-xaş
1 ovuc kişmiş
100-150 q şəkər tozu
2/3 st. süd

Üzərinə:
1 yumurta

Hazırlanması:
Xaş-xaşı tayqulpa tökün, yuyun, suyunu süzün (bacardıqca təmiz) və üzərinə süd tökün.

Ocağın üstə qoyub bişirin.

Kişmişin üzərinə qaynar su tökün, 5 dəqiqə sonra süzün.

Xaş-xaş südü tam çəkincə bişirin. Şəkər tozu və kişmişi əlavə edin.

Unu qabartma tozu və duzla birlikdə ələyin.

Yağ, süd, kəsmik, şəkər tozu əlavə edib xəmir yoğurun. Bunu əllə də, mikserlə də edə bilərsiniz. Xəmir yapışqan alınmalıdır.

Masanın üzərinə un səpib xəmiri 30x20 sm ölçüdə yayın. Uzununa 2 yerə bölün.

Hər tərəfdən 2 sm saxlamaqla içi üzərinə bərabər yayın.

Rulet bükün (2 rulet alınacaq). Perqament döşənmiş formaya qoyub üzərinə yumurta (yaxud süd) çəkin.

180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Hazır olub-olmadığını çöplə yoxlayın, çöp quru olmalıdır. Şəbəkənin üzərində soyutduqdan sonra doğrayın.

Nuş olsun!
Etiketlər: üzərinə, tökün, şəkər, bişirin, süzün, sonra, yayın, əlavə, dəqiqə, qoyub, qabartma, yumurta, kəsmik, Xəmir, alınacaq, Perqament, döşənmiş, rulet, formaya, Rulet
BİZİ İZLƏYİN