• Naringi şərbətli keks resepti

Reseptin məlumatları Baxış sayı: 36 149

Tarix : 2-06-2014, 13:26

Bölmə : Piroq və Kekslər / Şərbətli şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Keks üçün:
3 ədəd yumurta
100 qram (yarım su stəkanı) şəkər
125 qram marqarin
1 paket vanil
Yarım paket qabartma tozu
250 qram (2 su stəkanı) un
5 xörək qaşığı naringi suyu
5 ədəd naringinin incə rəndələnilmiş qabığı

Siropu üçün:
3 ədəd naringi
3 su stəkanı su
Yarım su stəkanı toz şəkər
8-10 ədəd mixək

Hazırlanması:
Keks üçün, yumurtaları toz şəkərlə çırpın. Üzərinə otaq istiliyindəki marqarini əlavə edin. Ardından vanil, qabartma tozu, naringi suyu və incə rəndələnilmiş qabığını qoyun. Ən son olaraq unu əlavə edib qarışdırın. 30 sm-lik uzun bir keks qəlibini yağlayın. Xəmiri qəlibə boşaldın. 180 dərəcə sobada bişirin. Sobadan çıxarıb soyudun. Digər tərəfdə naringiləri, qabıqlarını soymadan enləşdirməsinə ikiyə kəsin və qazana köçürün. Üzərinə su, toz şəkər və mixəkləri qatıb qaynadın. Qaynadıqdan sonra şərbəti oddan götürüb ilıqlaşdırın. İlıq şərbəti keksin üzərinə gəzdirin. Dilimləyib servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, naringi, şəkər, əlavə, rəndələnilmiş, Üzərinə, qabartma, şərbəti, paket, vanil, Yarım, enləşdirməsinə, ikiyə, kəsin, qazana, köçürün, soymadan, naringiləri, soyudun, çıxarıb
BİZİ İZLƏYİN