• Vanilli sufle resepti

Reseptin məlumatları Baxış sayı: 20 040

Tarix : 19-11-2014, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12 yumurta
240 ml süd
240 q şəkər tozu
50 q un
15 q kərə yağı
vanil
1 x.q. şəkər pudrası
900 q qaymaq və ya süd

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Ağını xeyli soyudun və qatı köpük əmələ gələnə qədər çalın. Sarısını şəkər tozuyla çalın, un, isti suda həll olunmuş vanil, isti süd əlavə edərək qarışdıra-qarışdıra vam odda qatılaşana qədər bişirin. Bu qarışığı isti-isti nazik axınla çalınmış yumurta ağına əlavə edin, eyni zamanda yumurta ağını çalmaqdan əlinizi saxlamayın. Əvvəlcədən yağladığınız sufle üçün qablara töküb 12-15 dəqiqə 220 dərəcədə sobada bişirin (suflenin həcmi 2-2,5 dəfə artacaq).

Sobadan çıxaran kimi üzərinə şəkər pudrası səpib süfrəyə verin (gecikdirsəniz, sufle yaprıxar). Ayrıca fincanda süd və ya qaymaq verin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, əlavə, çalın, sufle, qədər, ağını, verin, qarışdıra, vanil, pudrası, qaymaq, bişirin, sobada, suflenin, qablara, Əvvəlcədən, yağladığınız, töküb, dəqiqə
BİZİ İZLƏYİN