• Eliza pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 14 883

Tarix : 20-11-2014, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurtanın ağı
200 q şəkər tozu
1/4 ç.q üyüdülmüş mixək
1/4 ç.q. üyüdülmüş muskat cevizi
1 limonun sürtgəcdən keçirilmiş qabığı (sedra)
1 çimdik duz
300 q qoz
100 q badam
250 q şəkərlənmiş meyvə (tsukat)
2 vafli korju
1 ç.q. kərə yağı
2 x.q. şəkər pudrası

Hazırlanması:
Yumurta ağını şəkər tozu ilə qatı köpük əmələ gələnə qədər çalın. Ədviyyat, sedra, duz, xırdalanmış qoz və badam, xırda doğranmış şəkərlənmiş meyvə əlavə edib ehtiyatla qarışdırın.
Vafli korjlarını kvadrat, yaxud dairə şəklində kəsin. Yağlanmış siniyə düzün. Üzərinə isə hazırladığınız qarışığı qoyun. 200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, badam, meyvə, sedra, üyüdülmüş, pudrası, şəkərlənmiş, siniyə, Üzərinə, hazırladığınız, düzün, kəsin, kvadrat, korjlarını, Vafli, yaxud, dairə, qarışığı, şəklində, Yağlanmış
BİZİ İZLƏYİN