• Kəsmikli şokolad piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 51365

Tarix : 2.06.2014, 13:48

Bölmə : Piroq və Kekslər, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Kəsmik topları üçün:

250 q kəsmik
2 yumurtanın sarısı
50 q şəkər tozu
50 q kokos yonqarı
3 x.q. nişasta

Xəmir üçün:
4 yumurta
30 q şəkər tozu
50 q şokolad
2 x.q. un
2 x.q. nişasta
3 x.q. kakao
1 çimdik duz
2 paket vanilli şəkər
bıçağın ucunda qabartma tozu

Hazırlanması:
Əvvəlcə kəsmik toplarını hazırlayın. Bunun üçün kəsmiyi şəkər tozu, nişasta, kokos və yumurta sarıları ilə eynicinsli kütlə alınanadək qarışdırın. Bu qarışıqdan kürələr hazırlayın.

Xəmir: yumurta sarılarını ağlarından ayırın. Yumurta sarılarını şəkər tozu və vanillə ağarıncayadək çalın. Əridilmiş şokolad əlavə edib qarışdırın. Un, nişasta, qabartma tozu, kakao, duzu qarışdırıb şokoladlı-yumurtalı qarışığa əlavə edin.

Yumurta ağlarını 30 q şəkər tozu ilə möhkəm çalın. Birinci qarışığa əlavə edin, qaşıqla altını üstünə çevirməklə qarışdırın.

Siniyə perqament döşəyin. Kəsmik toplarını düzün.
Kəsmikli şokolad piroqu resepti - FOTO RESEPT

Üzərinə şokoladlı xəmiri gəzdirin.
Kəsmikli şokolad piroqu resepti - FOTO RESEPT

180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Üzərinə şokoladlı qlazur çəkin.

Nuş olsun!
loading...

Etiketlər: şəkər, nişasta, yumurta, qarışdırın, əlavə, şokoladlı, toplarını, hazırlayın, qabartma, qarışığa, çalın, Üzərinə, Yumurta, sarılarını, şokolad, Xəmir, kəsmik, kokos, kakao, Kəsmik
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Wappuw
offf acdimee lap
20 dekabr 2014 02:31
2
Offline
emis
vauuuuuuu cox gozelmis
31 iyul 2014 23:17
1
BİZİ İZLƏYİN