• Rafaello resepti

Reseptin məlumatları Baxış sayı: 34 407

Tarix : 22-11-2014, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 banka qatılaşdırılmış süd
200 q kərə yağı
1 st. badam içi
1 paket vanilli şəkər (və ya 1/5 ç.q. təmiz vanil)
200 q kokos yonqarı

Hazırlanması:
Kərə yağı, qatılaşdırılmış süd və vanilli şəkəri çəngəllə əzin. Sonra kokos yonqarının yarısını (100 q) əlavə edin. Yaxşıca qarışdırıb bir neçə saatlığa soyuducuya qoyun. Badamı azca qovurun. Soyuducudakı qarışıq bərkiyəndə balaca kürələr hazırlayın. Hərəsinin içinə bir ədəd badam qoyun. Sonra bir hissəsini kokos yonqarına, bir hissəsini isə xırdalanmış badama batırın. Konfetlər hazırdır.

Nuş olsun!
Etiketlər: kokos, vanilli, hissəsini, Sonra, badam, qoyun, qatılaşdırılmış, hazırlayın, Hərəsinin, kürələr, qarışıq, Soyuducudakı, bərkiyəndə, balaca, yonqarına, Konfetlər, hazırdır, olsun, batırın, badama
BİZİ İZLƏYİN