• Mandarin piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 258

Tarix : 26-11-2014, 20:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
375 q (3-4) mandarin
6 yumurta
1 st. + 2 qaşıq şəkər tozu (225 q)
0,5 ç.q. mandarin və ya vanil cövhəri
255 q un
1 ç.q. qabartma tozu
şəkər tozu (bəzək üçün)

Hazırlanması:
Bütöv mandarinlərin üzərinə çıxanadək soyuq su tökün, 2 saat bişirin.

Suyunu süzün, mandarinləri 4 bölüb dənələrini çıxarın.

Blenderdə püre halına gələnədək xırdalayın.

Sobanı 180 dərəcə qızdırın. 25 sm diametrli formanı yağlayıb perqament döşəyin.

Yumurtaları çalın, şəkər tozu və cövhər əlavə edin. Unla qabartma tozunu ələyin, bunun üçdə birini yumurtalara əlavə edin, sonra bir qədər mandarin püresi qatın, yenə çalın, tədricən un və püre əlavə edərək eynicinsli kütlə alınanadək qarışdırın. Formaya tökün.

30-40 dəqiqə, üzəri qızılı rəng alanadək bişirin. Piroqu dəmir şəbəkənin uzərinə qoyub tam soyudun, yalnız bundan sonra formadan çıxarın, üzərinə şəkər pudrası səpin.
Mandarin piroqu resepti - FOTO RESEPT

Mandarin piroqu resepti - FOTO RESEPT

Mandarin piroqu resepti - FOTO RESEPT

Mandarin piroqu resepti - FOTO RESEPT

Mandarin piroqu resepti - FOTO RESEPT

Mandarin piroqu resepti - FOTO RESEPT

Mandarin piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, mandarin, sonra, üzərinə, bişirin, tökün, qabartma, çıxarın, çalın, edərək, qarışdırın, eynicinsli, kütlə, alınanadək, püresi, birini, bunun, yumurtalara, qədər
BİZİ İZLƏYİN