Tərkibi:4 yumurta
1,5 stəkan şəkər tozu
1 stəkan əridilmiş yağ və ya zeytun yağı
1 şüşə mineral su (0,33 l)
2,5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 portağalın doğranmış qabığı
Üstü üçün krem:1 paket bananlı pudinq
1 stəkan süd
İçi üçün:2 ədəd dilimlənmiş banan
Hazırlanması:Bütün keklərdə olduğu kimi, əvvəlcə yumurta və şəkər tozunu yaxşıca qarışdırın, sonra digər inqradientləri əlavə edin. Alınmış sıyıqvari məhlulu içi yağlanmış kek qəlibinə qoyun, 175-180 dərəcəyədək qızdırılmış sobada bişirin. Sonra qəlibi çıxarın, soyuyandan sonra keki ortadan kəsin, arasına krem və dilimlənmiş bananları əlavə edin. Yerdə qalan kremi də kekin üzərinə gözəl bir şəkildə tökün.
Nuş olsun!
Etiketlər: stəkan, paket, sonra, əlavə, dilimlənmiş, yumurta, şəkər, Sonra, qəlibi, çıxarın, soyuyandan, bişirin, sobada, qəlibinə, dərəcəyədək, qızdırılmış, ortadan, qoyun, kəsin, üzərinə