• Panda keksləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 039

Tarix : 28-04-2015, 19:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
Keks:

1,5 st. un
2/3 st. kakao tozu
1,3 st. şəkər tozu
1 ç.q. çay sodası
0,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
2 yumurta
1/3 st. kərə yağı
1 ç.q. vanilli şəkər tozu
2/3 fincan süd
2/3 st. qaynar su

Frostinq (yağlı qlazur):
200 q kərə yağı
vanil
400 q şəkər pudrası
1-3 ç.q. süd

Bəzək:
xırda ağ şəkər tozu
damla şokolad və uzun nazik çöp formalı şokolad
ağ yeməli konfetti
qida flomasteri (qara)

Hazırlanması:
Keks:

Sobanı 180 dərəcə qızdırın.
Ləyəndə quru ərzağı qarışdırın, yumurta, yağ, vanil və süd əlavə edərək qarışdırın. Qaynar su əlavə edib bir daha qarışdırın.
Keks qablarının 3/4 hissəsinə qədər xəmiri paylaşdırın. 15 dəqiqə bişirin.
Bəzəməzdən öncə soyudun.

Frostinq:
Mikserlə otaq temperaturunda olan kərə yağı və vanili çalın. Tədricən şəkər pudrasını əlavə edin. Frostinq çox qatı alınarsa, azacıq süd əlavə edin.

Bəzək:
Frostinqi konditer torbasına (yaxud ucu çərtilmiş adi sellofan torbaya) doldurun. Hər keksin üzərinə bir qədər frostinq çəkin.
Keksi çevirib xırda ağ şəkər tozuna batırın. Damla şokoladdan pandaya burun, göz qoyun. Gözünün ağını konfettidən düzəldin, qarasını flomasterlə çəkin. Nazik şokolad çöplərindən isə ağzını düzəldin.

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT

Panda keksləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, şokolad, qarışdırın, Frostinq, çəkin, Bəzək, qədər, düzəldin, xırda, vanil, yumurta, keksin, doldurun, üzərinə, alınarsa, frostinq, pudrasını, torbaya, azacıq
BİZİ İZLƏYİN