• Qəhvəli-portağallı piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 856

Tarix : 16-05-2015, 21:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
5 yumurtanın ağı
100 q kərə yağı
100 q şəkər pudrası
30 q üyüdülmüş qəhvə
250 q un
5 q qabartma tozu
70 q portağal
5 ml bitki yağı
30 q bal

Hazırlanması:
Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın.
Yumşaldılmış yağı şəkər pudrası ilə qarışdırın (darçınlı şəkər pudrası da istifadə etmək olar).
Qəhvə, yağlı kütlə və unu çalınmış yumurta ağları ilə ehtiyatla qarışdırın, kütlə eynicinsli olsun, amma köpü yatmasın.
Portağalı fal-fal doğrayıb dilimləri yarı bölün.
Formanı bitki yağı ilə yağlayın. İçinə bal töküb portağalları bir lay döşəyin.
Xəmiri üzərinə töküb yayın.
180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
Bir az soyuyandan sonra hazır piroqu boşqaba tərs çevirin.

Qəhvəli-portağallı piroq resepti - FOTO RESEPT

Qəhvəli-portağallı piroq resepti - FOTO RESEPT

Qəhvəli-portağallı piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, pudrası, bitki, töküb, kütlə, qarışdırın, olsun, döşəyin, Xəmiri, İçinə, portağalları, Formanı, doğrayıb, dilimləri, bölün, yağlayın, dərəcə, hazır, sonra, piroqu
BİZİ İZLƏYİN