• Şokoladlı fındıqlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 40 026

Tarix : 3-06-2014, 12:15

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd yumurta
1,5 su stəkanı pudra şəkəri
1 paket marqarin
4 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
1 su stəkanı süd
1 su stəkanı döyülmüş fındıq
100 qr şokolad

Hazırlanması:

Bir qabda yumurtalarla şəkəri yaxşıca çırpın.

Un, qabartma tozu və vanili ələyin.

Marqarini əridin və ılınmasını gözləyin.

Yumurtalara, süd və marqarin əlavə edib qarışdırın.

Maye qarışığın üzərinə ələdiyiniz unlu qarışığı əlavə edib qarışdırın.

Ən sonunda döyülmüş fındıqları əlavə edib qarışdırın və yağlayıb unladığınız keks qəlibinə boşaldın.

Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin.

Ayrı bir qabda şokoladı hamam buxarı üsulu əridin.

Keks qəlibdən çıxınca servis qabına alın və üzərinə şokoladı yayın.

Soyuduqdan sonra üzərinə döyülmüş fındıqla bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, döyülmüş, əlavə, paket, qarışdırın, üzərinə, servis, şokoladı, əridin, marqarin, qabda, şəkəri, qabartma, bişirin, qəlibinə, hamam, sobada, Əvvəlcədən, buxarı, isidilmiş
BİZİ İZLƏYİN