Tərkibi:2,5 st. un
0,5 ç. q. maya
1 fincan su
1 ç.q. duz
1 x.q. şəkər tozu
şokoladlı pasta
qarğıdalı unu
1 yumurta
Hazırlanması:Mayanı 1/4 fincan suda əridin, 10 dəqiqə saxlayın. Un, duz, su, şəkər tozu və mayanı mikserlə çalın.
Alınan xəmiri yağlanmış ləyənə qoyub üzərinə qida plyonkası çəkin. 1 saat saxlayın. Həcmi iki dəfə artacaq.
Xəmiri iki yerə bölüb yayın, dairə kəsin.
Formanın içinə qarğıdalı unu səpin. Birinci dairəni buraya qoyun, üzərinə şokoladlı pasta çəkin. İkinci dairəni üzərinə qoyun. Şəkildə gördüyünüz qaydada kəsib kənarlarını burun.
Piroqun üzərinə yumurta sarısı çəkin. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sonra temperaturu 200 dərəcəyə qaldırın, daha 5-7 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: üzərinə, çəkin, dəqiqə, şokoladlı, bişirin, şəkər, fincan, qoyun, saxlayın, pasta, qarğıdalı, yumurta, dairəni, kənarlarını, burun, kəsib, qaydada, Şəkildə, buraya, gördüyünüz