• Budapeşt piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 004

Tarix : 13-06-2015, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
iç:

100 q gilənar qurusu
100 q qəhvəyi şəkər tozu
2 ç.q. kakao
2 ç.q. darçın
100 q qovrulmuş qoz (fındıq da olar)

xəmir:
450 q un
10 q qabartma tozu
1/2 ç. q. duz
175 q kərə yağı
200-300 q şəkər tozu (zövqə görə)
2 x.q. vanil cövhəri
3 iri yumurta
2 st. qatıq

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. 25 sm diametri olan formanı yağlayın.
İç: gilənar qurusunu qaynar suda 10 dəqiqə saxlayıb süzün, kakao tozu, darçın, qəhvəyi şəkər və qovrulub xırdalanmış qozla qarışdırın.
Un, qabartma tozu və duzu birlikdə ələyin.
Yağı şəkər tozu ilə çalın. Çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin, vanil cövhərini qatın. Sonra növbə ilə (5 dəfə olmaqla) az-az un və qatığı qarışdırın (öncə bir qədər un əlavə edin, sonra qatıq, lap sonda yenə un).
Xəmiri 3 yerə bölün. Bu qayda ilə formaya tökün: xəmir + iç + xəmir + iç + xəmir. İçdən qalıbsa, üzərinə də səpin. (Bunu maffin qablarında da bişirə bilərsiniz, amma içlə xəmirin növbələnmə qaydası eyni olmalıdır).
Sobada 50 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, xəmir, qabartma, əlavə, qatıq, dəqiqə, qarışdırın, vanil, kakao, qəhvəyi, darçın, gilənar, tökün, olmaqla, üzərinə, formaya, qalıbsa, İçdən, Xəmiri, səpin
BİZİ İZLƏYİN