• Kəsmikli portağal resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 271

Tarix : 16-06-2015, 18:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q kəsmik
2-3 yumurta
1-1,5 st. un
4 x.q. şəkər tozu
1 ç.q. soda
1 çimdik duz
limon şirəsi
80 q portağal sedrası
vanil

üzərinə:
100 q mannı (iri)

Hazırlanması:
Kəsmiyi yumurta, şəkər tozu və duzla yaxşıca çalın. Ələnmiş un, vanil, xırdalanmış portağal sedrası, limon şirəsində söndürülmüş soda əlavə edin.
Xəmir yoğurub bərabər kündələrə bölün.
Mannı yarmasına hərtərəfli batırın.
Yaxşı qızdırılmış fritürdə, yaxud bol bitki yağı tökülmüş dərin qazanda qızardın. Üzəri qızılı rəng alandan sonra daha 5 dəqiqə bişirin.
Bir "portağal"ı kəsin. Əgər içi bişibsə, digərlərini də kəfkirlə çıxarın, bişməyibsə, bir qədər də qızardın.
Çay süfrəsinə portağal mürəbbəsi və ya cemi ilə birlikdə verə bilərsiniz.

Kəsmikli portağal resepti - FOTO RESEPT

Kəsmikli portağal resepti - FOTO RESEPT

Kəsmikli portağal resepti - FOTO RESEPT

Kəsmikli portağal resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: portağal, sedrası, qızardın, limon, vanil, şəkər, yumurta, qızılı, Üzəri, alandan, sonra, fritürdə, dəqiqə, dərin, bitki, bişirin, tökülmüş, yaxud, qazanda, kəfkirlə
BİZİ İZLƏYİN