• Qəhvəli, giləmeyvəli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 16621

Tarix : 5.06.2014, 15:09

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox





Tərkibi:
Xəmir üçün:

200 qram un
100 qram kərə yağı
50 qram şəkər tozu
5 x/q qəhvə
1 çay qaşığı qabartma tozu

Üzəri üçün:
3 x/q un
5 x/q şəkər tozu
30 ml qəhvə
200 qram xama (20% yağlı)
100 qram pendir

İçlik üçün:
300 qram giləmeyvə

Hazırlanması:
Xəmir üçün ilk əvvəl qəhvəni dəmləyib, soyuduruq.
Yumşaldılmış kərə yağını, şəkər tozunu və soyumuş qəhvəni qarışdırırııq.
Un və qabartma tozunu da əlavə edirik
Xəmir yoğururuq.
Xəmirimizi yumru yayırıq.
Yayılmış xəmiri diametri 20 sm olan formalı yumru qabın içərisinə səririk.
Xəmirlə birgə qabı 10 dəqiqəlik soyuducuya qoyuruq.
Üzəri üçün olan bütün ərzaqları qarışdırırıq.
Daha sonra mikserlə çalırıq.
İçlik üçün isə giləmeyvələri yuyub quruduruq.
Soyuducudan xəmiri çıxarırıq, üzərini çəngəllə deşirik.
Giləmeyvələri xəmirimizin üzərinə eyni sırayla tökürük.
Giləmeyvənin üzərindən isə üzəri üçün hazırlanmış məhlulu tökürük.
200 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişiririk. Formalı qabından çıxardılmadan soyudulur.
Dilimlənərək süfrəyə təqdim olunur.

Nuş olsun!

Etiketlər: Xəmir, şəkər, xəmiri, İçlik, tökürük, tozunu, qabartma, qəhvə, Üzəri, yumru, qəhvəni, üzərinə, üzərindən, xəmirimizin, Giləmeyvənin, sırayla, üzərini, quruduruq, yuyub, giləmeyvələri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN