• Keks poaça resepti

Reseptin məlumatları Baxış sayı: 24 323

Tarix : 12-07-2015, 20:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10


Tərkibi:
125 q otaq temperaturunda kərə yağı,
1 çay stəkanı qatıq,
1 çay stəkanı süd,
1 paket qabartma tozu,
1 yumurta,
1 şirniyyat qaşığı duz,
3,5-4 su stəkanı un,

Üzəri üçün:
1 yumurta sarısı,
Küncüt,
Çörək otu,

Hazırlanması:
Un və digər ərzaqları qataraq yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
Keks qabını yağlayın.
Yoğrulan xəmirdən yumurta böyüklüyündə parçalar qopardıb yağladığınız keks qəlibinə yan-yana yerləşdirin.
Bütöv xəmiri bu şəkildə hazırladıqdan sonra üzərinə yumurta sarısı sürtün.
Sonra isə çörək otu və küncüt səpib əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, stəkanı, sarısı, qədər, hazırladıqdan, üzərinə, sürtün, sonra, xəmiri, qəlibinə, yağladığınız, yerləşdirin, Bütöv, Sonra, şəkildə, küncüt, üzəri, qızarana, bişirin, olsun
BİZİ İZLƏYİN