• Portağallı damla şokoladlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 22 532

Tarix : 16-07-2015, 14:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta,
1 su stəkanı şəkər,
1\2 su stəkanı duru yağ,
1\2 su stəkanı süd,
1 \2 su stəkanı portağal suyu,
1 ədəd rəndələnmiş portağal,
2 su stəkanı un,
1 paket qabartma tozu,
1\2 su stəkanı damla şokolad,

Hazırlanması:
Əvvəlcə yumurtaları yuyun.Sonra yumurta və şəkəri qataraq çırpın.
1\2 stəkan duru yağı və 1\2 stəkan südü əlavə edib çırpın.
İstifadə olunacaq portağalları əvvəlcə yuyun və suyunu dəsmal ilə qurudun.
Sonra portağalları soyub qabığını rəndədən keçirdin.
Portağalı isə sıxın.
Rəndələnmiş portağal qabığını və portağal suyunu da əlavə edib qarışdırın.
Un və qabartma tozunu qarışdırın.
Un və qabartma tozu qarışığını yavaş-yavaş yumurtalı qarışığa əlavə edin.
Damla şokolatını da qarışdıraraq çırpın.
Hazırlanmış olan keks xəmirini yağladığınız fırın tabağına tökün.
Əvvəlcədən 190 dərəcə qızdırılmış fırında keksin üzəri qızarana qədər bişirin.
Üzərini isə istəyinizə görə bəzəyə bilərsiniz.
Soyuduqdan sonra isə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, portağal, qabartma, çırpın, əlavə, stəkan, yumurta, Sonra, suyunu, qabığını, yavaş, qarışdırın, yuyun, portağalları, bilərsiniz, tabağına, fırın, tökün, Əvvəlcədən, yağladığınız
BİZİ İZLƏYİN