• Toyuq döşü şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 245

Tarix : 27-07-2015, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 stəkan un və nişasta qarışığı,
1 su stəkanı şəkər,
4 su stəkanı süd,
50 q marqarin,
1 paket vanilin,

Şokolad sosu üçün:
1 qaşıq un,
3 qaşıq kakao,
1 çay stəkanı şəkər,
1 su stəkanı süd,

Hazırlanması:
Dərin bir qazana un, şəkər, nişasta və südü qoyub çırpma teli ilə çırpın.
Sonra ocağa qoyub vam odda davamlı qarışdıraraq qatılaşana qədər bişirin.
Ocaqdan düşürdün.
Marqarin və vanilini də əlavə edib soyumağa qoyun.
Ayrı bir qazana sos ərzaqlarını alıb çırpın.
Vam odda 2-3 dəqiqə bişirərək ocaqdan düşürdün.
Çırparaq soyudun.
Yan tərəfə isə soyuyan mühəlləbini blendirdən keçirdiun.
Kvadrat şəkilli bir qabı isladın və mühəlləbini həmən qaba boşaldın.
Soyuyan şokolad sosunu da mühəlləbinin üzərinə töküb soyuducuda yarım saat saxladıqdan sonra dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, qoyub, qaşıq, düşürdün, qazana, mühəlləbini, çırpın, nişasta, həmən, isladın, Kvadrat, şəkilli, blendirdən, soyudun, Çırparaq, tərəfə, soyuyan, boşaldın, keçirdiun
BİZİ İZLƏYİN