• Rəvani şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 101 819

Tarix : 4-08-2015, 22:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 yumurta,
1,5 su stəkanı şəkər,
1,5 su stəkanı irmik (mannı),
1,5 su stəkanı qatıq,
1,5 su stəkanı duru yağ,
2,5 su stəkanı un,
1 su stəkanı üyüdülmüş qoz,
1,5 paket qabartma tozu,
1 paket vanilin,

Şərbəti üçün:
3 su stəkanı şəkər,
4 su stəkanı su,
1 çay qaşığı limon suyu,

Üzərinə:
3 yemək qaşığı hind qozu,

Hazırlanması:
Əvvəlcə xəmiri rahat çırpa biləcək bir kasa alın.
Içərisinə yumurta və toz şəkəri əlavə edib çırpın.
Ardından duru yağ ilə qatığı əlavə edib çırpın.
Kasanın içərisinə irmik (mannı) və qabartma tozunu əlavə edib , ardından da unu əlavə edib gözəlcə çırpın.
Sonda isə vanilini əlavə edərək çırpmanı davam etdirin.
Rəvanini bişirmək üçün istiyə davamlı dörtkünc qabı yağlayın.
Qabın içərisinə hazır xəmiri tökün. əvvəlcədən 170 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Rəvani fırında bişərkən şərbətini hazırlayaq.
Şərbəti qaynardıqdan sonra limon suyunu da əlavə edib ocağı söndürün.
Rəvanini dilimləyin.
Soyuduqdan sonra şərbəti onun üzərinə tökün.
Ancaq şərbət bir az ilıq olmalıdır.
Şərbəti də tökdükdən sonra başqa bir sini ilə üstünü örtərək bir az dincə qoyun.
Şirniyyat şərbəti çəkdikdən sonra üzərinə hind qozu səpin və servis edin.

Nuş olsun!
Etiketlər: tökdükdə, stəkanı, əlavə, sonra, Şərbəti, çırpın, yumurta, Rəvanini, şəkər, üzərinə, şərbəti, içərisinə, limon, xəmiri, tökün, qabartma, paket, fırında, irmik, qaşığı, bişirin
BİZİ İZLƏYİN