• Güllaç resepti

Reseptin məlumatları Baxış sayı: 18 335

Tarix : 6-02-2016, 15:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
8-9 dənə güllac (bunu marketlərdən hazır almaq olar),
5 stəkan süd,
1 stəkan şəkər,
Döyülmüş qoz,
Mövsüm meyvələri ilə bəzəyə bilər, nar dənələri səpə bilərsiniz.

Hazırlanması:
Südü şəkərlə birlikdə ilıq hala gətirin.
Yarpaq güllacın birini siniyə yerləşdirin.
Balaca sini olsa güllacın kənarlarından qırıb üst –üstə qoya bilərsiniz.
Ilıq südü güllaca yedirdərək tökün.
Aralarına qoz səpin.
Bunu güllac bitənədək davam edin.
Ən üstə yenə qoz, mövsüm meyvələrini incə-incə doğrayıb bəzəyin.
Dondurma ilə birlikdə servis edə bilərsiniz.
Arzuya görə qaymaqla da servis etmək olar.

Nuş olsun!
Etiketlər: bilərsiniz, stəkan, servis, güllacın, güllac, səpin, bitənədək, davam, Aralarına, tökün, güllaca, yedirdərək, mövsüm, doğrayıb, qaymaqla, etmək, olsun, Arzuya, birlikdə
BİZİ İZLƏYİN