• Kətə resepti

Reseptin məlumatları Baxış sayı: 25 294

Tarix : 23-09-2015, 12:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı süd,
1 su stəkanı su,
1 paket pakmaya,
1 yemək qaşığı duz,
1şirniyyat qaşığı şəkər,
Aldığı qədər un,
250 q kərə yağ(yuxaları yağlamaq üçün),
200 q duru yağ(yuxaları yağlamaküçün),
2 yumurta sarısı(üstünə sürtmək üçün),

Hazırlanması:
İlıq süddə mayanı əridin.
Su, duz, şəkər və aldığı qədər un əlavə edərək yumşaq bir xəmir yoğurun.
On dəqiqə yoğurun.
Üstünü nəmli bir bezlə örtüb mayalanması üçün isti bir yerdə iyirmi dəqiqə gözlədin.
Xəmiri nazik parçalara bölərək yuvarlayın.
Bu xəmirdən 9 yuxa çıxır.
Yuxalar unlanaraq tək- tək açılır.
Kərə yağ əridilib duru yağa qarışdırılıb qaynadılır.
Açılan yuxaları böyük bir sinidə, yaxud da dəzgahda yağlayın.
Kənarlarından bir az dartaraq böyüdün.
Yuxaları əl genişliyində uzunsov lent şəklində doğrayın.
İlk parçadan başlayaraq əl genişliyində qatlayın.
Qatlanan parçanın yağ axan tərəfı içəri düşməklə bütün parçaları bu şekilde bir-birinin üzərinə qatlayaraq bir yuxanı bitirin.
Fırın sinisini azca yağlayın.
Kətələri əllə basdıraraq yayın.
Yumurta sarılarınıçırpıb üstünə sürtün.
Əvvəlcədən qızdırılmış fırında pişirin.

Nuş olsun!
Etiketlər: yuxaları, qaşığı, şəkər, yoğurun, qədər, yağlayın, genişliyində, dəqiqə, üstünə, stəkanı, başlayaraq, parçadan, Qatlanan, içəri, tərəfı, parçanın, doğrayın, qatlayın, böyüdün, yaxud
BİZİ İZLƏYİN