• Albalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 33 268

Tarix : 5-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


ÜSUL 1
Tərkibi:

3 ədəd yumurta
200 q kərə yağı
1,5 stəkan şəkər tozu
2 stəkan un
vanil,
qabartma tozu
3-4 ədəd alma və ya 200 q. albalı (çiyələk də olar)

Hazırlanması:
Albalı piroqu hazırlamanın bir neçə üsulu var. Bu yazımızıda albalı piroqu hazırlamanın iki üsulunu anlatırıq.

Yazımıza əlavə etdiyimiz video vasitəsi ilə də albalı piroqunun necə hazırlandığı daha da rahat öyrənmək olar.

Albalı piroqu hazırlamaq üçün yumurtanın sarısını ağından ayırın və 3/4 stəkan şəkər tozu ilə qarışdırın. Albalı piroqunun xəmirinə yumşaldılmış kərə yağ, qabartma tozu, vanil, və un əlavə edin. Mikserlə çalın. Albalı piroqu xəmirini iki hissəyə ayırın. Biri o birindən bir az çox olsun. Çox hissəni tavaya töküb bərabər yayın. Az hissəni isə dondurucuya qoyun.

Almanı (albalını) sürtgəcin böyük gözündən keçirib xəmirə tökün (tumları çıxarılmış albalı və ya uzun-uzun doğranmış çiyələyi qoyun).

Daha sonra yumurtanın ağını 1/2 stəkan şəkər tozu ilə qarışdırıb sürtgəcdən keçirilmiş almanın (albalının) üstünə tökün.

Dondurucudakı albalı piroqu xəmirini də çıxarıb sürtgəcdən keçirin və qarışığın üstünə tökün. 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Hazır piroqun üstünə şəkər tozu səpin.

Nuş olsun!

ÜSUL 2
Tərkibi:

3 ədəd yumurta
200 q kərə yağı
1 stəkan şəkər tozu
3 stəkan un
vanil
qabartma tozu
100 qram albalı
2 qaşıq xama

Hazırlanması:
Alballı piroqu hazırlamanın ikinci üsulu bu şəkildədir.

Otaq tempraturunda yumşaldılmış yağın üzərinə 1 stəkan şəkər tozu qatılır və mikserdə qarışdırılır. Qarışdırdıqca 3 ədəd yumurtanı növbə ilə əlavə edirik. Yaxşı çalındıqdan sonra 2 xörək qaşığı xama və vanil əlavə edilir və qarışdırılır. Üzərinə 3 stəkan un (aramla) və 1 paçka qabartma tozu əlavə edilir. 10-15 dəqiqə xəmir gözlədilir. Alımış qarışıq orta yumuşaqlıqda olur və qaşığın yardımıyla yağlanmış qaba tökülür. Əvvəlcədən hazırlanmış albalı xəmirə basılır. Albalı əvvəlcədən tumu çıxarılır, bölünür və süzgəcə düzülür. Bu o məqsədlə edilir ki, məmirdə su yaranmasın.

Nuş olsun!
Etiketlər: stəkan, albalı, piroqu, şəkər, əlavə, Albalı, vanil, qabartma, üstünə, edilir, tökün, hazırlamanın, qoyun, yumşaldılmış, sürtgəcdən, xəmirini, yumurtanın, piroqunun, xəmirə, qarışdırılır
BİZİ İZLƏYİN