• Qozlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 36 808

Tarix : 1-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkib:
100 qram kərə yağı;
150 qram şəkər tozu;
2 ədəd yumurta;
5 qram qabartma tozu;
120 qram buğda unu;
100 qram qoz;
125 ml süd.

Hazırlanması:
Qozlu piroq hazırlamaq üçün yumurtanı şəkər tozu ilə çırpın.

Başqa bir qabda yağı əridib soyudun.

Yağ soyuduqdan sonra çalınmış yumurtaya əlavə edin və möhkəm qarışdırın.

Qozu qabıqlarından təmizləyin. Təmizlənmiş qoz ləpəsini xırda-xırda doğrayın. Doğranmış qozu unla qarışdırın.

Sobanı 180 dərəcədə isidin.

Hazırladığınız Qozlu piroq xəmirini 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.

Qozlu piroq bişdikdən sonra soyumasını gözləyin.

Soyuyan qozlu piroqu şəkər kirşanı və qozla bəzəyin.

Nuş olsun!
Etiketlər: piroq, Qozlu, şəkər, xırda, sonra, qarışdırın, qozlu, Hazırladığınız, xəmirini, isidilmiş, isidin, dərəcə, dərəcədə, doğrayın, Doğranmış, Sobanı, sobada, dəqiqə, piroqu, kirşanı
BİZİ İZLƏYİN