Tərkibi:Yumurta: 2 ədəd
Şəkər tozu: 1,5 stəkan
Dəmli çay: 1 stəkan
Maye yağ: 1 stəkandan bir barmaq az
Süd: 1 stəkan
Toz kakao: 2 xörək qaşığı
Un: 2 stəkan
Vanil tozu: 1 paket
Qabartma tozu: 1 paket
Krem şanti: 1 paket
Krem şantini açmaq üçün süd: 3/4 stəkan
Damla şokalad
Hind qozu (kokos)
Kiçik şərid konfet
Hazırlanması:Keks hazırlamaq üçün yağ və şəkər tozu krema qatılığına gələnə qədər çırpılıb qarışdırılır. Sonra buna süd, çay və kakao əlavə edilir. Hazır olan qarışıqdan bir stəkan ayrılır. Daha sonra digər xammallar qarışdırılır. Hazırlanan keks xəmiri kağız qəliblərə və ya silikon, metal qəliblərə yarısını biraz keçəcək şəkildə boşaldılır. Soba əvvəlcədən 170 dərəcəyə isidilir. Kekslər 170 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirilir. Ancaq bu bişmə müddəti bəzi fırınlara görə fərqlilik göstərə bilər. Keksləri fırından çıxartdıqdan sonra üzərlərini çəngəllə dəlirik. 10 dəqiqə gözlədikdən sonra əvvəlcədən bir stəkan ayırdığımız sosu kekslərin üzərinə paylaşdıraraq əlavə edirik.
Krema hazırlamaq üçün krem şantini süd ilə açırıq.
Kekslər sosu çəkdikdən sonra üzərinə damla şokalad və konfet parçaları ilə üzərini panda kimi bəzəyirik.
Keks qeyd:Krem şantidən az miqdarda əvvəlcədən ayıraraq göz bəbəklərini hazırlamaq üçün istifadə etmək olar.
Nuş olsun!
Etiketlər: stəkan, sonra, hazırlamaq, əvvəlcədən, paket, konfet, şokalad, şantini, dəqiqə, qarışdırılır, üzərinə, əlavə, Kekslər, qəliblərə, panda, kakao, bilər, göstərə, fərqlilik, fırınlara