• Fındıqlı kremli muffin keksləri resepti

Reseptin məlumatları Baxış sayı: 28 175

Tarix : 12-06-2014, 01:29

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd yumurta
1 ədəd limon qabığı rəndəsi
2 çay stəkanı toz şəkər
1 çay stəkanı əridilmiş marqarin
1 su stəkanı süd
2 su stəkanı un
1 paket vanil
1 paket qabartma tozu
Kifayət qədər fındıq kremi

Hazırlanması:
Bir qabın içində yumurtayla şəkəri yaxşıca çırpın.
Daha sonra içinə ərimiş marqarini və südü əlavə edib qarışdırmağa davam edin.
Unu, qabartma tozunu və vanili ələyin.
Unlu qarışığı duru yağla qarışığın içinə boşaldıb qarışdırın.
Ən son limon qabığı rəndəsini də əlavə edib qarışdırın və xəmiri kağız keks qəliblərinin içinə çox doldurmadan boşaldın.
Keksləri əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirin.
Kekslər bişdikdən sonra soyumasını gözləyin ardından fındıq kremini içlərinə sıxın.
Soyuduqdan sonra servis edin.

Qeyd: Ərinmiş margarinin ilıq olmasına diqqət yetirin.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, içinə, paket, əlavə, qarışdırın, qabartma, qabığı, fındıq, limon, isidilmiş, sobada, dərəcəli, boşaldın, kağız, xəmiri, rəndəsini, qəliblərinin, doldurmadan, Keksləri
BİZİ İZLƏYİN