• Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 7121

Tarix : 7.10.2015, 14:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
100 qr un
100 qr kəsmik
100 qr kərə yağı
2 ədəd alma
1 x/q şəkər tozu
1 ədəd yumurta
0,5 ç/q darçın (əzilmiş)
zövqə görə 1 ç/q konyak (və ya rom)
1 ç/q limon şirəsi
1-2 ç/q şəkər pudrası

Hazırlanması:
1. Kövrək xəmirdə hazırlanan orijinal alma piroqu. Əgər siz də mənim kimi, asan hazırlanan, lakin dadlı reseptlər sevirsinizsə, o zaman siz bunu bəyənəcəksiniz.
2. Soyuducudan kəsmik, un və yağ götürülərək mətbəx kombaynında qarışdırılır.
3. Yumurta əlavə edərək qısa zamanda (yağ əriməmiş) xəmir yoğrulur və kündə hazırlanır. Burada diqqətli olun - əgər kəsmik nəmlidirsə, o zaman yumurtaya ehtiyyac olmaz. Əgər yumurtanı əlavə edəndən sonra xəmir yapışqan alınsa, bu halda bir qədər un əlavə etmək lazım gələr. Alınan kündə mətbəx plyonkasına bükülüb 30 dəqiqəlik soyuducuya yerləşdirilir.
4. Almalar yuyulur, özəyi çıxarılır və zövqə görə qabığı soyulur.
5. Almalar dilimlənir, limon şirəsi və ətirli alkoqollu içki ilə səpilir. Üzərinə şəkər tozu və darçın vurulur.
6. Xəmir yayılır və tavaya yerləşdirilir. Üzərində ixtiyari qatlar edilir.
7. Qatların aralarına alma dilimləri yerləşdirilir və üzərinə piyalədə qalan sirop səpilir.
8. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada təqribən 30 dəqiqə bişirilir.
9. Süfrəyə verildikdə, zövqə görə nanə yarpaqları ilə bəzəmək olar.

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT

Qat-qat alma piroqu resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: əlavə, zövqə, şəkər, kəsmik, yerləşdirilir, hazırlanan, şirəsi, mətbəx, Almalar, xəmir, limon, kündə, səpilir, zaman, darçın, alkoqollu, ətirli, dilimlənir, soyulur, yarpaqları
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica