• Tort sufle quş südü resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 335

Tarix : 25-12-2016, 14:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8

Tərkibi:
Diametri 25 sm olan tort üçün:
500 qr yağlı 35% qaymaq
7 ədəd yumurta
3 ədəd dairəvi biskvit
20 qr jelatin
250 qr şəkər tozu (1 stəkan)
200 ml su (jelatin üçün)

Bəzədilməsi üçün:
300 qr qara şokolad
60 ml qaymaq

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Jelatin isti suya əlavə edilir. Kremin hazırlanmasına qədər jelatin tam əriyər.
3. Formanın dibinə və qıraqlarına bişirmə kağızı sərilir. Bu cür etməklə hazır tortu formadan çıxarmaq asan olacaq. Bişirmə kağızının sürüşməməsi üçün forma əvvəlcə bir qədər yağlanır.
4. Dükandan hazır alınan biskvitlərin sayı 3 ədəd idi. Onlardan biri tortun aşağı hissəsi olacaq və o formanın dibinə yerləşdirilir.
5. Qalan iki biskvitlər isə tortun qıraqlarında istifadə ediləcək. Onlar şəkildəki kimi kəsilir.
6. Formadakı biskvitin üzərinə şəkildə göstərildiyi kimi, bir birinə söykəyərək düzülür.
7. Forma hələlik soyuducuya yerləşdirilir. İndi isə «quş südü» ilə məşğul olaq.
Qaymaq soyudulur, bu halda onu çalmaq daha rahat olur. Əlbətdə, mikserlə daha tez və rahat çalmaq olar, lakin əlnən, mətbəx tacı köməyi ilə də bunu etmək mümkündür. Əsas odur ki — blenderlə bunu etməyin, yoxsa qaymaq yağa və suya parçalanar.
8. Yumurtanın ağı sarısından ayrılır və çalınaraq bərk köpük halına gətirilir. Bunun üçün dərin plastik qabda ilk öncə yumurtaların ağları yaxşı çalınır. Sonra köpük bir qədər bərkidikdə üzərinə lazım olan miqdarda şəkər tozu əlavə edilir.
9. Mikserlə bu əməliyyatları daha da sadə və rahat görmək mümkündür. Şəkər tozu əlavə ediləndən sonra qatı hala çevrilənə qədər yenidən çalınır.
10. İndi isə yumurtanın ağından hazırlanan köpük və tam əridilmiş jelatin qaymağa əlavə edilir.
11. Ehtiyyatla, yavaş-yavaş qarışdırılır. Bərk qarışdırmaq olmaz, bu halda "şişmə effekti" itə bilər.
12. Krem biskvitin üzərinə əlavə edilərək soyuducuya yerləşdirilir.
13. Həmçinin gecədən səhərə kimi də soyuducuda saxlamaq olar. Soyuyandan sonra artıq bəzəmək olar. İlk növbədə biz biskvitlərin uclarını kəsdik
14. Az odda şokolad qaymaqda əridilir.
15. Şokoladlı sous bir qədər soyuyandan sonra mussun üzərinə əlavə edilir.
16. Üzərini şokoladlı yonqarla bəzəmək olar.
17. Beləliklə tort hazırdır. Yeni il ərəfəsində bu cür tortu kiməsə hədiyyə aparmaq və ya desert kimi istifadə etmək yerinə düşər.

Tort sufle quş südü resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, qədər, üzərinə, jelatin, edilir, qaymaq, sonra, yerləşdirilir, istifadə, rahat, köpük, dibinə, soyuducuya, bəzəmək, olacaq, yavaş, tortun, biskvitlərin, biskvitin, tortu
BİZİ İZLƏYİN