• Qatılaşdırılmış südlü keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 28 691

Tarix : 6-10-2015, 18:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8

Tərkibi:
100 qr kərə yağı
100 qr şəkər tozu
3 ədəd yumurta
200 qr un
200 qr kəsmik
1 ç/q qabartma tozu
1 ç/q vanil esensiyası
100 qr bişmiş qatılaşdırılmış süd
bir qədər qoz ləpəsi

Hazırlanması:
Saytımızda müxtəlif növ kekslər barədə reseptlər var: şokoladlı keks, şokoladlı-bananlı keks, yumurta qabığında keks, vanilli və limonlu keks, mozaika keksi, çiyələkli keks, kişmişli keks və digər kekslər. Hazırki resept sadalanan kekslərdən xəmiri ilə çox da fərqlənməsədə, içində bişmiş qatılaşdırılmış süd olması onu daha zərif və dadlı edir.

1. İnqredientlər.
2. Soba 180°C temperaturunda isidilir. Bu arada otaq temperaturunda olan kərə yağı şəkər tozu ilə qarışdırılır.
3. Yumurta əlavə edilir və tam qarışdırılır.
4. Alınan məhlula kəsmik və vanil esensiyası əlavə edilir. Yaxşı qarışdırılır.
5. Qabartma tozu ilə un qarışdırılır və məhlulun üzərinə ələkdən keçirilərək əlavə edilir.
6. Xəmir qarışdırılır.
7. Yağlanmış forma qabının dibinə xəmir layı əlavə edilir, ortasına 2 çay qaşığı qatılaşdırılmış süd, onun da üzərinə qoz ləpələri səpilir.
8. Üzərinə bir daha xəmir layı əlavə edilir və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobada kekslər 20-30 dəqiqə bişirilir.
9. Hazır kekslər bir qədər şişmiş və üzü qızarmış olmalıdır. Soyumasını gözləyirik.
10. Nəhayət keksləri süfrəyə vermək olar. Kəsmiyə görə kekslərin xəmiri daha yüngül və zərif alındı.

Qatılaşdırılmış südlü keks resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qarışdırılır, əlavə, edilir, kekslər, qatılaşdırılmış, temperaturunda, qədər, xəmir, üzərinə, şokoladlı, zərif, xəmiri, bişmiş, esensiyası, yumurta, kəsmik, şəkər, vanil, ortasına
BİZİ İZLƏYİN