• Şokoladlı keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 714

Tarix : 3-10-2015, 15:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
187 qr un
198 qr şəkər tozu
28 qr kakao
7 qr qabartma tozu
3 qr duz
5 ml alma sirkəsi
19 ml vanil ekstraktı
118 ml qoxusuz bitki yağı
237 ml soyuq su (və ya tünd olmayan qəhvə)

Hazırlanması:
1. Lazım olan inqredientlər.
2. Soba 180°C temperaturunda isidilir. Bu arada un, şəkər tozu, kakao, qabartma tozu və duz qarışdırılır.
3. Alınmış kütlədə 3 dəlik açılır - biri böyük ikisi isə balaca dəliklər. Balaca dəliyin birinə alma sirkəsi, digərinə isə vanil ekstraktı əlavə edilir. Böyük dəliyə isə yağ əlavə edilir.
4. Hamısı yaxşı qarışdırılır. Nəticədə həmcins, qabarıqsız maye xəmir alınır.
5. Maye xəmir bir neçə və ya bir forma qabına əlavə edilərək 30 dəqiqə sobada bişirilir.
6. Hazır olandan sonra soyuması gözlənilir.
7. Artıq üzərinə şəkər pudrası səpərək süfrəyə vermək olar.

Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT

Şokoladlı keks resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qabartma, vanil, xəmir, qarışdırılır, kakao, ekstraktı, sirkəsi, edilir, Böyük, alınır, forma, qabına, qabarıqsız, həmcins, edilərək, Hamısı, dəliyə, Nəticədə
BİZİ İZLƏYİN