• Keks yumurta qabığında resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 600

Tarix : 29-09-2015, 15:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox

Tərkibi:
keks xəmiri
8 ədəd böyük yumurta

Hazırlanması:
Saytımızda keks xəmiri hazırlanması barədə yazmışdıq. Bu resept olduqca maraqlı və təəccüb yaradan reseptdir.

1. İlk növbədə yumurtalar yaxşı yuyulub qurudulur. Sonra ehtiyyatla yumurtada dəlik açılır.

2. Dəlik şəkildəki kimi, əlnən bir qədər böyüdülür.

3. Yumurtanın içi çıxarılır (misal kimi keks xəmirinin hazırlanmasında istifadə edilə bilər).

4. Yumurta qabıqları duzlu suda 30 dəqiqə saxlanılır. Qabıqlar suyun üzünə çıxmaması üçün içərisinə bir qədər duz və ya soda doldurmaq olar.

5. Yarım saatdan sonra, yumurta qabıqları duzlu sudan çıxarılır, soyuq suda yuyulur və qurudulması üçün mətbəx salfetləri üzərinə düzülür.

6. Quruduqdan sonra, hazırlanmış keks xəmiri şəkildəki kimi ehtiyyatla, qənnadı torba ilə, folqa kağızına bükülmüş yumurta qabıqlarına doldurulur. Bu reseptin ən çətin mərhələsidir, yumurtanı tam doldurmaq lazım deyil, yalnız 3/4 hissəsini.

7. Əvvəlcədən 180 dərəcə selsiya temperaturunda isidilmiş sobada 23 dəqiqə bişirilir. Nəticə bu cür alınmalıdır.

8. Ehtiyyatla, nəmli dəsmal ilə üzərindəki xəmir təmizlənərək kekslər süfrəyə verilir.

Keks yumurta qabığında resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yumurta, xəmiri, qədər, çıxarılır, şəkildəki, duzlu, doldurmaq, dəqiqə, sonra, qabıqları, ehtiyyatla, istifadə, qənnadı, hazırlanmış, Quruduqdan, süfrəyə, torba, folqa, qabıqlarına, bükülmüş
BİZİ İZLƏYİN