• Kəsmikli limonlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 16 791

Tarix : 10-10-2015, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
250 g kəsmik və ya duzsuz ağ pendir
115 g kərə yağı, əridib soyudun
5 yumurta, otaq hərarətində
bir çimdik vanil tozu
3/4 stəkan unu
1 1/4 stəkan şəkər tozu
1 stəkan qatıq (çox sulu olmasın)
1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş
üstü üçün şəkər kirşanı

Hazırlanması:
Sobanı 180Cdək qızdırın. Böyük bir qabda kəsmik və ya pendiri kiçik parçalar halına qələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır. 21 X 11 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır). Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, stəkan, qabığı, Üstünə, kirşanı, qarışanadək, qabda, dəqiqə, qaşıqla, qarışdırın, limon, rəndələnmiş, çalın, ərzində, Alınan, vanil, yumurta, kəsmik, kibrit
BİZİ İZLƏYİN