• Ebruli kek resepti

Reseptin məlumatları Baxış sayı: 22 001

Tarix : 21-10-2015, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
1 st. süt
yarım st. duru yağ
1 st. şəkər tozu
1 vanel
1 qabartma tozu
2 x.q kakao
2 st. un

Hazırlanması:
Əvvəlcə yumurta mikserlə qarışdırılır. Sonra yavaş- yavaş şəkər tozu əlavə olunur. Sonra duru yağ əlvə olunaraq qarışdırılır. Daha sonra süt əlavə olunaraq qarışdırılır. Sonra vanel, qabartma tozu, un əlavə olunur və qaşıqla qarışdırılır. Alınan xəmirin yarısı başqa qaba əlavə olunur və kakao qarışdırılır. Sonra yuvarlaq bir qab yağlanır və qabın ortasına ağ xəmirdən 3 xörək qaşığı əlavə olunur. Ağ xəmirin ortasına kakaolu xəmirdən 3 xörək qaşığı əlavə olunur. Xəmirlər bitənə kimi bu cür davam edilir. Sonra üzəri bıçaq vasitəsi ilə istənilən kimi bəzədilir. 180 dərəcə ilə qızdırılmış duxovkada bişirilir.

Nuş olsun!
Etiketlər: əlavə, Sonra, qarışdırılır, olunur, ortasına, yumurta, olunaraq, vanel, xəmirin, xəmirdən, yavaş, kakao, qabartma, şəkər, qaşığı, xörək, üzəri, edilir, bitənə, bıçaq
BİZİ İZLƏYİN